“Mossad” rəhbəri: “Yeddi oktyabr qətliamının bütün iştirakçılarını cəzalandıracağıq”

4-01-2024, 15:08           
“Mossad” rəhbəri:
İsrail kəşfiyyatı oktyabrın yeddisində Qəzza zolağından edilən hücumu və İsrailin sərhəd bölgələrində törədilən qətliamı həyata keçirən qatilləri, harada olmalarından asılı olmayaraq, cəzalandıracaq.

Bu fikri İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea idarənin keçmiş rəhbəri Zvi Zamirin dəfn mərasimində deyib.

“Bu gün müharibə tam sürətlə davam edir və yenə də 50 il əvvəl olduğu kimi, “Mossad” oktyabrın yeddisində Qəzza zolağı ilə sərhədə yaxın ərazilərə hücumu həyata keçirən qatillər, təşkilatçılar və icraçıları cəzalandırmaq məcburiyyətindədir. Hər bir ərəb ana bilsin. Oğlunun yeddi oktyabr qırğınında birbaşa və ya dolayısı ilə əli olubsa, o bunun əvəzini ödəyəcək”, - Barnea bildirib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru