Bu həssas məqamda biz də təhlükəsizlik tədbirlərini artırmalıyıq

5-01-2024, 07:08           
Bu həssas məqamda biz də təhlükəsizlik tədbirlərini artırmalıyıq
İranın hakim dairələri və güc strukturları Kerman şəhərində baş verən qətliama cavab aksiyasının miqyası və ünvanı barədə düşünürlər. Ancaq bundan əvvəl terror aksiyasının hansı qüvvəyə və ölkəyə bağlılığı aşkar edilməlidir. ABŞ və İsrailin adını hallandırmadan əvvəl partlayıcı maddənin harada hazırlandığı və İran ərazisinə neçə keçirildiyi (İranın içində də hazırlana bilər) müəyyənləşdirilməlidir. İrandakı bəzi dairələr son illərdə bəzi olaylarda əsassız olaraq Azərbaycanın adını hallandırıblar, guya bəzi dövlətlər ərazimizdən İrana qarşı istifadə ediblər. Oxşar ittihamlarının heç bir əsası yoxdur. Çünki Azərbaycanla İran arasında quru sərhədi bağlıdır. İran ABŞ və İsraillə birbaşa qarşıdurmadan hər zaman çəkinib, onlara qarşı mübarizədə müxtəlif dövlətlərdəki dəstək verdiyi qruplardan istifadə edib. Bu həssas məqamda biz də təhlükəsizlik tədbirlərini artırmalıyıq.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru