Əgər Ukrayna ilə bağlı razılığa gələ bilməsək... - Leyen

6-01-2024, 08:25           
Əgər Ukrayna ilə bağlı razılığa gələ bilməsək... - Leyen
Ümumavropa büdcəsindən Ukraynaya vəsaitin ayrılması ilə bağlı danışıqlar nəticəsiz qalacağı təqdirdə alternativ variantlar hazırlanacaq.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

"Əlbəttə, ən yaxşı həll yolu bütün 27 ölkənin konsensusa gəlməsi olardı. Amma biz başqa variantları hazırlamalıyıq. Biz indi operativ qərarlar hazırlayırıq", - Leyen qeyd edib.

Onun sözlərinə görə, ötən ilin sonunda köçürülən vəsait Ukraynanın 2024-cü ilin əvvəlində xərclərini ödəməsi üçün kifayət etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru