Rəisi yenə vəd verdi: Qisasın vaxtını və yerini...

6-01-2024, 12:15           
Rəisi yenə vəd verdi:
İran prezidenti İbrahim Rəisi cümə günü İranın Kirman şəhərində törədilən terror aktının qisasının alınma vaxtını və yerini İran silahlı qüvvələrinin təyin edəcəyini bildirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Yanvarın 3-də ölkənin cənubundakı Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxış edən İbrahim Rəisi xalqın İran İslam Respublikasının "gücünün ən mühüm komponenti" olduğunu deyib.

Ölkə prezidentinin sözlərinə görə, “düşmənlər artıq İranın gücünün miqyasını görüb və hiss ediblər”.

İranın Kirmandakı dəhşətli terror aktına görə qisas almasına gəlincə, Rəisi əmin edib ki, “İran silahlı qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru