Bayden: "Trampın yalan bəyanatları Kapitoliyə hücuma səbəb oldu"

6-01-2024, 17:43           
Bayden: "Trampın yalan bəyanatları Kapitoliyə hücuma səbəb oldu"
Vaşinqtonda, 6 yanvar 2021-ci ildə baş verən Kapitoliyə hücumun səbəbi Donald Trampın zəngləri və yalan ifadələri olub.

Bu sözləri Pensilvaniya ştatında ABŞ-ın hazırkı prezidenti Co Bayden deyib.

“Donald Trampın yalanları ucbatından 140-a yaxın polis əməkdaşı yaralandı, onun yalanları əhalini Vaşinqtona gətirdi”, - Bayden deyib.

Qarşıdurmanın səbəbləri ilə bağlı fikirlər səsləndirən Bayden 2020-ci ildə prezident seçkilərində qalib gəldiyini, Trampın isə uduzduğunu, lakin bunu etiraf etmək istəmədiyini bir daha vurğulayıb.

Qeyd edək ki, Bayden ilə Trampın bir çox məsələlərdə fikirləri bir-birinə əksdir və hər ikisi vaxtaşırı olaeaq bir-birlərini “üsyançı” adlandırırlar.

Qeyd edək ki, Tramp ABŞ məhkəməsindən Kapitoliyə hücumla bağlı işə xitam verilməsini tələb etmişdi. Dekabrın 31-də isə ABŞ Trampın prezident seçkilərindən kənarlaşdırılmasının nə ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Aytən












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru