Kreml Kiyevlə bağlı BMT TŞ-dən bunu tələb edir

6-01-2024, 17:38           
Kreml Kiyevlə bağlı BMT TŞ-dən bunu tələb edir
Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukraynaya hərbi texnika göndərməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir. Müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır.

Ukrayna ərazisinə müdaxilə edir və sonra dünyadan Ukraynaya hərbi texnika göndərməməyi tələb edir. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, işğalı bitirməyə imkan verin. Rusiya özü Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir.

Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir. Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür: birincisi, işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikincisi, BMT üzvləri arasında müharibəylə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirmək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru