Bayden bunu edə bilmədi, Putin qalib gəldi - Mettyus

6-01-2024, 19:14           
Bayden bunu edə bilmədi, Putin qalib gəldi - Mettyus
Ukraynanın təmas xətti boyunca faktiki bölünməsi Rusiya ilə genişmiqyaslı münaqişədə maraqlı olmayan Qərb üçün yeganə həll yolu olaraq qaldı.

Bunu britaniyalı jurnalist Ouen Mettyus “Spectator” nəşrində yazdığı məqaləsində bildirib.

“Qərb siyasətçilərinin qarşısında duran problem ondan ibarətdir ki, Rusiya sanksiyalardan və Ukraynadakı münaqişənin digər nəticələrindən nə qədər əziyyət çəksə də, məğlubiyyətə uğramaması Rusiya Prezidenti Vladimir Putinin qələbəsi deməkdir. ABŞ Prezidenti Co Bayden ya Ukraynanı demokratiya uğrunda qlobal müharibəyə çevirmək, ya da Qərbi Ukraynanın arsenalına çevirmək üçün kifayət qədər siyasi iradə toplaya bilmədi”, - müəllif bildirib.

Onun sözlərinə görə, münaqişənin taleyi Kiyevdə yox, Vaşinqtonda həll olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru