"Xalqımızın kiçik tayfalara parçalanma prosesi gedir" - Vrtanesyan

10-01-2024, 19:08           
"Xalqımızın kiçik tayfalara parçalanma prosesi gedir" - Vrtanesyan
“Erməni xalqının kiçik tayfalara parçalanma prosesi gedir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın informasiya təhlükəsizliyi üzrə eksperti Karen Vrtanesyan deyib: “Bu gün erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, Qarabağın əldən getməsinin onlara aidiyyəti yoxdur.

Qarabağ erməniləri özləri müdafiə olunmalı idilər. Yəni millətin qruplara, tayfalara sistemli şəkildə bölünməsi prosesi gedir. Və hər gün yeni ayırıcı xətlər təqdim olunur; insanlar qaralara, ağlara bölünür.

Qarabağ erməniləri ilə yerli sakinlər arasında fərq qoyulur. İndi Ermənistanda qruplaşma o həddə çatıb ki, insanlar bir-birilərinin problemləri ilə maraqlanmırlar. Mahiyyət etibarilə millətin planlı parçalanması gedir. Bizi öz vətənində yaşayan xalqa deyil, öz icmalarında yaşayan tayfalara çevirməyə çalışırlar.

Bu gün Ermənistanda formal ənənələr yalnız cəmiyyətin diqqətini daha mühüm problemlərdən yayındırmaq üçün istifadə edilir. İrəvanda elə şənlənirlər ki, elə bil dağılan ölkədə yaşamırıq. Mən Yeni il atəşfəşanlığını yadıma salanda ölüb yerə girir, xəcalət çəkirəm. Qarabağdan əlini üzən bir xalqın belə şənlənməsi utancvericidir. Açığı, erməni olmağımdan utandım!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru