Seçki kampaniyasında MÜMKÜN DRAMATİZM: - “Namizədlər arasında radikal siyasətçilərin olmaması...”

11-01-2024, 00:18           
Seçki kampaniyasında MÜMKÜN DRAMATİZM: -
“Seçicilərlə canlı görüşlər keçirilsə də, bu təmaslar ciddi əhəmiyyət kəsb etməyəcək”.

Bu fikirləri fevralın 7-si keçiriləcək növbədənkənar prezident seçkilərində rəqabətdən və seçki kampaniyasının mümkün gedişi haqda danışan müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, mövcud reallıqda seçki kampaniyası, əsasən, virtual müstəvidə aparılacaq:

“Prezident seçkilərinin qış fəslinə təsadüf etməsi ilə əlaqədar seçicilərin fəallığının aşağı olması səbəbindən namizədlər pulsuz efir vaxtlarından daha səmərəli istifadə etməyə çalışacaqlar.

Yəni təbliğat daha çox radio və televiziya vasitəsilə aparılacaq. Seçicilərlə canlı görüşlər keçirilsə də, bu təmaslar ciddi əhəmiyyət kəsb etməyəcək. Seçicilərlə birbaşa görüşlərdə hər hansı insidentin yaşanacağı da gözlənilmir.

Bu da ilk növbədə onunla bağlıdır ki, namizədlər arasında radikal ovqatlı siyasətçi yoxdur. Ona görə də təşviqat kampaniyasında aqressiv davranışların olacağı təxmin edilmir. Bir sözlə, namizədlər sakit şəkildə öz platformalarını seçicilərə izah etməyə çalışacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.