YAP-çılar “yerli FETÖ-cüləri” Azərbaycan üçün ciddi təhlükə saymırlar

1-08-2016, 19:03           
YAP-çılar “yerli FETÖ-cüləri” Azərbaycan üçün ciddi təhlükə saymırlar
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülən tərəfdarlarının Azərbaycanda hakimiyyət çevrilişi etmək cəhdi ilə bağlı səsləndirdiyi bəyanatı, sadəcə, onun Azərbaycana olan sevgisi və xoş niyyətinin göstəricisi kimi izah edərdim”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında YAP-çı millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu bəyanat Ərdoğanın Azərbaycanda hətta, gələcəkdə ola biləcək hadisələrlə bağlı daxili narahatçılıqdan irəli gələn məsələdir. “Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanda nə FETÖ, nə də digər terror təşkilatlarının fəaliyyət göstərməsi üçün nə sosial baza, nə də imkan var. Azərbaycanda 1993-cü ildən bəri dövlətçiliyin möhkmləndirilməsi, torpaqlarınn müdafiə olunması, vətəndaş cəmiyyətinin inkişaf etməsi bu cür halları istisna edir. Ara-sıra xaricdən Azərbaycanda “beşinci kolon” və yaxud, kiçik qrup halında terrorçu dəstəsi yaratmaq cəhdi olsa da, onun qarşısı dərhal alınıb və zərərsizləşdirilib”- deyə, A. Mirzəzadə vurğulayıb. Millət vəkili əlavə edib ki, Azərbaycanda belə radikal qüvvələrin dəstəyi yox dərəcəsində olduğundan, onların fəaliyyəti istisnadır. “Ona görə də bu baxımdan heç bir təhlükə yoxdur. Bundan əlavə, Azərbaycan hüquq-mühafizə orqanları dövlətçiliyin keşiyində durublar. O baxımdan, Türkiyədən səslənən bəyanatları Azərbaycana xoş istəklərin nəticəsi kimi qəbul edirik”- deyə, A. Mirzəzadə vurğulayıb.
Millət vəkili Elman Məmmədov isə Azərbaycanda Fətullah Gülən tərəfdarlarının olmasını istisna etməyib. “Fətullah Gülən tərəfdarları dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərməsi istisna deyil. Bu qüvvələr məqsədyönlü şəkildə hakimiyyət orqanlarına yerləşdirilirlər. Ancaq mən Azərbaycanda olan Fətullah Gülən tərəfdarlarının ölkə üçün təhlükə yaradacağına və onların güclü təşkilat kimi formalaşmasına inanmıram. Onlar Azərbaycanda təhlükə yarada biləcək səviyyədə ola bilməz. Çünki Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları ölkə üçün təhdid yaradacaq hər hansı təşkialtın fəaliyyətinə imkan verməyib və verməyəcək də. Onların səmərəli fəaliyəti nəticəsində belə qruplar vaxtında aşakarlanıb zərərsizləşdirilirlər. Yəni, öncədən proflaktik tədbirlər görülür”- deyə, millət vəkili vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.