Eldar Mahmudovun iki “qanlı generalı” - İLGİNC FOTO
2-08-2016, 13:42
Ölkənin Milli Təhlükəsizlik Nazirliyinin dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevrilməsində xüsusi rolu olan iki genral var. Bunlardan biri həbsinə qədər Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarov, digəri isə nazirliyin Anti-teroor Mərkəzinə rəhbərlik edən Elçin Quliyevdir. Hər iki şəxs MTN-də çalışdıqları dönəmdə saysız cinayətlərə imza atdıblar. Buraya yüzlərlə günahsız insanın həyatının məhv edilərərk, uzun illər həbsə göndərilməsindən tutmuş qətllərə qədər olaylar daxildir. Daim özlərini cəzasızlıq mühitində hiss edən Akif Çovdarov və Elçin Quliyev törətdiyi cinayətlərə görə, məhkəmə qarşısına çıxarılacaq. teref.az Gununsesi.info-ya istinadən MTN-nin iki məhşur generalının eksklüziv fotosunu təqdim edir.