İlham Əliyev Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif etdi

2-08-2016, 18:56           

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru