İlham Əliyevdən radikal ssenari: indiki parlament buraxılır...

4-08-2016, 07:59           

26 sentyabrda keçirləcək Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum bitəndən az sonra Milli Məclisin buraxılması ilə bağlı qərar veriləcək. Yeniləşən konstitusiya bu səlahiyyəti prezidentə verəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, buna səbəb Milli Məclisdə Gülən camaatına yaxın deputatları çoxluğudur: “Təxmini hesablamalara görə, Milli Məclisin 125 depuatının 40 faizi bu və ya başqa formada Gülən camaatı ilə bağlıdır. Xüsusilə də biznesmen-deputatların əksəriyyəti Gülən seti ilə işgüzar münasibətlər qurub. Türkiyə hadisələri də göstərdi ki, bu təhlükəli şəbəkədir və istənilən an dövlətə ciddi problemlər yarada bilər. Ümumiyyətlə, bu referndumu zəruri edən səbəblərdən biri də bu şəbəkə ilə mübarizənin hüququ əsaslarını yaratmaqdır. Bu şəbəkə təkcə Elnur Aslanov, Ceyhun Osmanov və Qafqaz Universiteti ilə bitmir. Onlar aysberqin görünən hissələridir. Aysberqin suyun işində qalan hissələri isə görünən hissələrdən qat-qat çoxdur”.

Mənbənin sözlərinə görə, Gülən camaatı Azərbaycanın biznes mühitində kifayət qədər yaxşı təşkilatlanıblar. Onların dəstəkçiləri sırasında deputatlarla yanaşı, nazirlər, komitə sədrləri və dövlət şirkətinin rəhbərləri də var. Ona görə də hakimiyyət Türkiyədə çevriliş cəhdindən sonra refernduma getməyə məcbur oldu. Referendumdan sonra Milli Məclisin buraxılıb yenidən formalaşması hakimiyyətin prioritetlərinə daxildir. Ardınca isə icra strukturlarında və dövlət müəssisələrində olan Gülən tərəfdarlarının təmizlənməsinə başlanılacaq”.


Mənbəyə deyir ki, artıq Gülən camaatına yaxın deputatlar referendum kampaniyasından kənarda saxlanılıb: YAP-ı Milli Məclisə 72 deputat təmsil edir. YAP rəhbərliyinin bu yaxınlarda keçirdiyi iclasda YAP-ın referendumda 24 səlahiyyətli nümayəndəsi təsdiqləniib. Bu 24 nəfərin 21-i YAP-ı parlamentdə təmsil edən deputatlardı. Yəni YAP-ı referendum kompaniyasında YAP-çı deputatların cəmi 30 faizi təmsil edir. Qalan deputatlara, xüsusilə də Gülən setinə yaxın deputatlara referendumda aktiv iştirak etmək yasaq edilib”.

Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub.

Bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.

“Star” qəzetinin yazdığına görə mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olduğunu deyir. Lakin onun fikrincə 15 iyul hərbi çevriliş cəhdi hər şeyi dəyişdirib. Ərdoğana görə Türkiyəni ələ keçirmək istəyən FETÖ-nün məktəblər açdığı başqa ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsi istisna deyil.

“Örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potesialı var. Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək”-Ərdoğan deyib.

Görünən budur ki, hakimiyyət potensial Gülən təhlükəsini önləmək üçün indidədən radikal addımlara qərar verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.