O Moskva ilə münasibətlərə yenidən baxılmasını tələb edir
31-01-2024, 13:08
İsrailli müxalifətçi Yair Lapid Moskvanın Qəzza ilə bağlı mövqeyini bağışlamamağa çağırıb.
Lapidin sözlərinə görə, bunu Rusiyanın Qəzza ilə bağlı tutduğu mövqeyə görə etmək lazımdır. Siyasətçi bu barədə yerli rusdilli “Vesti” nəşrinə müsahibəsində danışıb.
Müxalifətçi vurğulayıb ki, o, Moskva ilə münasibətləri kəsməyə çağırmır, amma bağışlamaq da mümkün deyil. O qeyd edib ki, Rusiya ilə münasibətləri strateji səbəblərə görə saxlamaq lazımdır. Amma yaxın gələcəkdə ölkələr arasında eyni istiləşmə olmayacaq.