İsrail etiraf etdi: Dəniz suyu tunellərə vurulur

31-01-2024, 10:16           
İsrail etiraf etdi:
İsrail ordusu Qəzzada dəniz suyunun tunellərə vurulduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid bəzi tunellərə çoxlu miqdarda dəniz suyunun vurulduğu bildirilib.

Açıqlamada aparılan mühəndislik işləri çərçivəsində nasos və borularla tunellərə suyun vurulduğu qeyd edilib, torpaq və su yolları analiz edilərək qrunt sularının zədələnməsinin qarşısı alındığı iddia olunub.

Açıqlamada son illərdə İsrail ordusu və təhlükəsizlik orqanlarının inkişaf etdirdiyi bu üsulla HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna qarşı əməliyyatlar aparıldığı vurğulanır.

Roza Şəfiyeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru