Sərhəddə mühüm görüş: - Nələr razılaşdırıldı?

1-02-2024, 00:05           
Sərhəddə mühüm görüş: - Nələr razılaşdırıldı?
Bu gün Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası baş tutub.

Məlumatına görə, görüş Azərbaycan Respublikası və Ermənistan Respublikasının baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilib.

Sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə bəzi önəmli məsələlər, xüsusilə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi və səkkiz kəndin boşadılması ilə bağlı məsələlər müzakirə olunub.

Maraqlıdır, bu görüşdə iki məsələ barədə nəzərəçarpacaq irəliləyiş əldə olunub?

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebhe.info”-ya şərhində qeyd edib ki, bu prosesdə nəzərəçarpacaq dəyişikliklərin olacağı inandırıcı görünmür:

“Bu görüşdə mina xəritələrinin təhvil verilməsi ilə bağlı məsələnin müzakirə olunması barədə məlumat yoxdur. Ermənistan Baş nazirinin müavini Mehr Qriyonyan belə bir məsələnin gündəliyə daxil edilmədiyini bəyan edib. Ola bilsin ki, bu məsələ gələcək danışıqlarda müzakirə predmenti olacaq.

O ki qalda səkkiz kəndin Azərbaycana qaytarılması məsələsinə, hesab edirəm ki, ikitərəfli görüşdə bu məsələ ilə bağlı hər hansı ciddi razılıq əldə olunmayıb. Çünki Ermənistan tərəfi hələlik kəndləri qaytarmaqdan boyun qaçırır. Hazırda rəsmi İrəvan sərhədlərin delimitasiyası və demarkasiyasını müəyyən edəcək xəritələrin ortalığa qoyulmasına çalışır. Erməni tərəfi sərhəd ərazilərin delimitasiyasının daha çox 1970-ci illərdə tətqib olunmuş xəritələrin üzərində aparılmasını istəyir.

Azərbaycan isə öz növbəsində vaxtilə ondan qanunsuz şəkildə qopardılmış ərazilər barədə iddialar irəli sürə bilər. Əgər Azərbaycanın şərtləri qəbul olunmayacaqsa, rəsmi Bakı bu mövqeyinin üstündə möhkəm dayanacaq. Prezident İlham Əliyevin son açıqlamasına məhz buna yönəlib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkəmizin əraziləri heç bir əsas olmadan, xalqımızın rəyi nəzərə alınmadan Ermənistana verilib. Bu da Azərbaycana həmin ərazilər ilə bağlı iddialar qaldırmasına imkan verir.

Amma bu o demək deyil ki, Azərbaycan-Ermənistan sərhədi 1920-ci il xəritələri üzərində aparılacaq. Azərbaycan xalqı buna aldanmamalıdır. Ona görə ki, BMT və NATO daxil olmaqla beynəlxalq aləm Ermənistanın ərazi bütövlüyünü onun sərhədləri çərçivəsində tanıyırlar. Qərb ölkələri bu məsələdə Ermənistanın arxasında dayanacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.