Çinin yartdığı çağırışları ABŞ təkbaşına idarə edə bilməz

1-02-2024, 12:14           
Çinin yartdığı çağırışları ABŞ təkbaşına idarə edə bilməz
“Aydındır ki, biz Çin xammalı və məhsullarından zərərli asılılığı aradan qaldırmalıyıq”.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vaşinqtonda “Heritage Foundation” beyin mərkəzində çıxışı zamanı deyib.

“Avropa Rusiya neft və qazına arxalanaraq səhv etdi. Eyni səhvi Çinlə təkrarlaya bilmərik. Bu asılılıqlar bizi müdafiəsiz hala gətirir”.

Stoltenberq deyib ki NATO ölkələri kritik infrastrukturlarını, strateji materialları və təchizat zəncirlərini qorumalıdır.

“Biz limanlarımıza, dəmir yollarımıza və telekommunikasiyalarımıza nəzarəti itirməməliyik. Bizə qarşı istifadə oluna biləcək texnologiyaları ixrac etməməliyik.

Çinin yartdığı çağırışları idarə etmək ABŞ-ın təkbaşına edə biləcəyi bir iş deyil” – Baş katib vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru