Putin özünü saxlaya bilmir...

4-08-2016, 23:25           

Rusiyanın əsas hədəfi ABŞ və Çin səviyyəsində öz qlobal liderliyini təmin etməkdir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Faynənşl Tayms” qəzeti çıxış edib. Qəzet Rusiyanın hələlik gözləmə mövqeyində dayandığını bildirib:

“Rusiya Suriyada uyğun məqam gözləyir. Həm Suriya, həm də Ukrayna konfliktlərində Rusiya böyük hərbi resurslar sərf edəcək ki, öz strateji məqsədlərinə çatsın. Lakin bu addımları parlament və prezident seçkisindən öncə atmaq Moskva üçün risklidir. Moskvanın fikrincə, Avropa və ABŞ-dakı siyasi tendensiyaları onun maraqlarına xidmət edir. Rusiya oyununun əsas məramı Qərb kompromisə getməyənə qədər vaxtı uzatmaqdır. Ona görə də Putin Qərb ölkələrindəki siyasi hadisələrə müdaxilədən özünü saxlaya bilmir. Putinin məqsədi Çin və ABŞ səviyyəsində qlobal güc olmaqdır. O bu ölkələrlə yenidən bir masa arxasına əyləşməyi, özünün strateji maraqlarına hörmət edilməsini istəyir. Üstəlik, Rusiya dünyəvi güc kimi öz rəqibləri arasında təsir zonası və ya bufer zonası qoymaq istəyir. Bu bufer zonasına isə Rusiyanın yaxın xarici daxildir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.