Pakistanın keçmiş Baş naziri İmran Xan və həyat yoldaşı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib

1-02-2024, 10:57           
Pakistanın keçmiş Baş naziri İmran Xan və həyat yoldaşı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib
Pakistanda xüsusi federal məhkəmə çərşənbə günü keçmiş Baş nazir İmran Xan və həyat yoldaşını korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.

71 yaşlı Xan və keçmiş birinci xanım Büşra Bibi 2018-ci ildən 2022-ci ilə kimi vəzifədə olarkən Səudiyyə Ərəbistanı hökumətinin zinət əşyaları və saatları da daxil olmaqla, dövlət hədiyyələrini qanunsuz saxlamaqda və satmaqda ittiham olunub.

Məhkəmənin hökmü həmçinin onların on il müddətinə dövlət vəzifəsində çalışmasını qadağan edib və hər biri 2,8 milyon dollardan çox cərimələnib.

Dinləmə İslamabad yaxınlığındakı həbsxana mərkəzində keçirilib/ Xan ayrı-ayrı korrupsiya ittihamı ilə artıq üç il həbs cəzası çəkir və bu da onu beş il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edib.

Xanın müxalif Pakistan Tehreek-e-Insaf, ya da PTI partiyası və onun hüquq qrupu Pakistanda fevralın 8-də keçiriləcək parlament seçkiləri ərəfəsində həbsdə olan kriket qəhrəmanına çevrilmiş siyasətçi üçün iki gün ərzində ikinci dəfə məhkum olunduğunu təsdiqləyib.

PTI-nin bəyanatında deyilir: "Keçmiş birinci xanım qərar elan edilən zaman məhkəmədə olmayıb, lakin artıq təslim olub".

Birtərəfli hökm “parçalanan məhkəmə sistemimizin tarixində daha bir kədərli gün” kimi qiymətləndirilib. Partiya bu hökmə yuxarı instansiya məhkəməsində etiraz edəcəyini bildirib.

Pakistanda xüsusi məhkəmə çərşənbə axşamı keçmiş baş nazir İmran Xanı vəzifədə ikən ABŞ-a aid dövlət sirlərini yaymaqda ittihamları ilə 10 il həbs cəzasına məhkum edib.

Xanın keçmiş xairic işlər naziri Şahd Mahmud Qureşiyə də daxildə “şifr” kimi tanınan diplomatik teleqramla əlaqədar məhkəmə işində 10 il həbs cəzası alıb.

Xan diplomatik Teleqramda ABŞ-ın Pakistanı Amerikanın təsirindən azad xarici siyasət yürütməyə sövq etdiyinə görə onu cəzalandırmaq üçün ordunun köməyi ilə onun hökumətinin devrilməsindəki rolunu sənədləşdirdiyini iddia edib. Vaşinqton və Pakistan ordusu bu ittihamları rədd edib.

2022-ci il aprelində müxalif ittifaq tərəfindən hakimiyyətdə devrilən 71 yaşlı keçmiş baş nazir “şifr”lə əlaqədar məhkəmə işinin siyasi motivli olduğunu və ölkənin güclü ordusu tərəfindən hazırlandığını iddia edərək rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.