Simonyanın iddiası nəyə işarədir?

1-02-2024, 10:37           
Simonyanın iddiası nəyə işarədir?
Ermənistan parlamentinin spikeri Alen Simonyan yeni konstitusiyanın qəbul edilməsi məsələsinin Azərbaycanla görüşlərdə müzakirə edildiyinə işarə vurub. Lakin maraqlı məqam Ermənistanın Azərbaycandan da bunu tələb etməsidir. Simonyan iddia edir ki, “Azərbaycan konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da dəyişdirilməli olan müddəalar var”. Hansı müddəalardan danışdığını açıqlamayıb.
Çünki Azərbaycan konstitusiyasında, yaxud müstəqilliyin bərpası haqda bəyannamədə Ermənistan üçün təhlükə ola biləcək, yaxud onları maraqlandıra biləcək müddəa yoxdur. Ermənistanın müstəqillik bəyannaməsində isə qondarma “miatsum”dan bəhs olunur, açıq şəkildə Qarabağa iddia edilir və konstitusiya bu bəyannamənin müddəalarının icrasını vəzifə olaraq müəyyənləşdirir.
Simonyanın iddiasının Ermənistan siyasi seqmentində yeni konstitusiya istəyinin Bakının sifarişi olduğu haqda ittihamlar qarşı hesablanmış kimi görünür.
Asif Nerimanli
TEREF: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru