Rusiya dondurulmuş aktivlərinin istifadəsinə və Kiyevə silah tədarükünə cavab verəcək

1-02-2024, 13:18           
Rusiya dondurulmuş aktivlərinin istifadəsinə və Kiyevə silah tədarükünə cavab verəcək
Rusiya dondurulmuş Rusiya aktivlərindən və Ukraynaya silah tədarükündən əldə edilən gəlirlərin istifadəsi təklifini cavabsız qoymayacaq.

Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

Vəkil vasitəsilə müharibə” aparmaq Ukrayna prezidenti Vladimir Zelenski rejiminə silah və hərbi texnika tədarükünün durmadan artması, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı təkliflərin qeyri-qanuni şəkildə təsdiqlənməsi Ukraynada demokratiya və sülhün bərqərar olmasının vacibliyi barədə bəyanatlarla müqayisə olunmazdır. Təbii ki, biz bunu adekvat cavabsız qoymayacağıq”. - deyə o, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun plenar iclasında bildirib.

Diplomatın sözlərinə görə, Aİ əvvəlcə Ukrayna münaqişəsini gərginləşdirmək üçün hər şeyi edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru