Ermənistan iqtisadiyyatı Rusiyadan asılı qalacaq - "Fitch"dən PROQNOZ

1-02-2024, 11:16           
Ermənistan iqtisadiyyatı Rusiyadan asılı qalacaq -
"Fitch" kredit reytinq agentliyi Ermənistanın xarici valyuta emitetinin uzunmüddətli reytinqini “BB-“ səviyyəsində saxlayıb.

Beynəlxalq agentlik həmçinin Ermənistan iqtisadiyyatının yaxın gələcəkdə Rusiyadan ciddi şəkildə asılı olaraq qalacağını proqnozlaşdırır: “Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır və Fitch yaxın perspektivdə Rusiyadan əhəmiyyətli dərəcədə diversifikasiya gözləmir”.

Qeyd edilib ki, Ermənistan öz bank sektorunda Rusiya subyektlərinə qarşı Qərb sanksiyalarını həyata keçirməkdə davam edir. Buna baxmayaraq, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300% artıb və ötən ilin ilk doqquz ayında ixracın 51%-i və idxalın 30%-i Rusiyanın payına düşüb.

Mənbə: bizim.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.