Qubad İbadoğludan ilk eyham: Müsavat başqanlığına yenidən namizəd ola bilər

5-08-2016, 07:09           
Qubad İbadoğludan ilk eyham: Müsavat başqanlığına yenidən namizəd ola bilər
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Tezis.az-ın suallarını cavablandırıb:


- Son 2 həftədir dolların məzənnəsi hər gün artır. Belə versiyalar irəli sürülür ki, ilin sonundək dollar 2 manatadək bahalaşacaq. Sizin proqnozlarınız necədir?

- Dolların məzənnəsi 1,80 yaxud 2 manat ola bilər, hətta daha da qalxması mümkündür. Amma bunun hansı zaman çərçivəsində baş verəcəyi sualı indiki halda ən vacib olanıdır. Düşünürəm ki, biz bunu zamana bağlamalıyıq. İndiki şərtlərlə, bazardakı vəziyyətin təhlili göstərir ki, xüsusi inzibati müdaxilələr olmasa artım mütləqdir.

- Ət və çörəyin qiyməti qəflətən bahalaşdı. Daha hansı məhsullarda bahalanma gözlənilir?

- Mövsümə bağlı meyvə-tərəvəz məhsulları qiymət bahalaşmasına məruz qalacaq. Növbəti dövrdə bostan məhsulları bahalaşacaq. Azərbaycana gətirilən ərzaq məhsulların bir qismi idxal malları kateqoriyasına daxildir. Eyni zamanda bəzi məhsulların, məsələn şəkər, qənnadı, bulka məmulatlarınistehsalındaidxal olunmuş xammaldan istifadə olunur. Quş əti, balıq, ətlə əlaqəli istehsal sahələrində də qiymətlərin bahalaşması gözləniləndir.

- Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi rəhbərlik etdiyiniz Azərbaycan Demokratiya və Rifah Hərəkatının iqtisadiyyatla bağlı təklifinə müsbət reaksiya vermişdi. İndi hər hansı yeni iqtisadi paket üzərində işləyirsiniz?

- "İqtisadiyyatda əsas və təxirəsalmaz tədbirlər paketi”ni hökumətə təqdim etmişik. Bu paket kifayət qədər hərtərəfli və eyni zamanda fundamentl olaraq hazırlanıb. Çünki orada il ərzində 8 istiqamət üzrə 64 tədbirin həyata keçirilməsi nəzərdə tutulurdu. Təəssüflər olsun ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin cavabından o tərəfə ona münasibət bildirilmədi. Bu günə qədər bu məsələlərlə bağlı müzakirələrdə iştirak eləmirik. İndi "strateji yol xəritəsi” hazırlanır, burada daha çox beynəlxalq təcrübə öyrənilir. Hesab edirəm ki, Azərbaycan olaraq vaxt itkisinə məruz qalırıq. Vaxtında bu proseslər üzərində başlansaydı, indi iqtisadi islahatların ilkin nəticələrini görə bilərdik. Amma nə gedən müzakirələrdə iştirakımız var, nə də digər istiqamətlərdə təkliflər paketinə münasibət bildirilib. Həmçinin bank sektorunda, xüsusilə problemli kreditlərin həlli ilə bağlı təkliflərimizi hazırlayıb təqdim etdik. Bu, xüsusi sənəd idi. Əfsuslar olsun ki, ona da münasibət bildirilmədi. Görünən ondan ibarətdir ki, hakimiyyət hələki islahatlara hazır deyil, yaxud aparacağı islahatlarla bağlı müzakirələrdə yerli ekspert və ictimai-siyasi təşkilatların təmsilçiliyinə şərait yaratmaq niyyətində deyil.

- Deputatlar Vahid Əhmədov və Əli Məsimli də problemli kreditlərinhəlli üçün təkliflər irəli sürüb. Onlarla heç bu istiqamətdə müzakirə aparmısınız?

- Biz bu mövzu ilə bağlı tədbir keçirəndə onları dəvət elədik, bir çox ekspert tədbirimizə gəlmişdi. Təəssüf ki, nə Vahid Əhmədov, nə də Əli Məsimli tədbirimizə gəlib iştirak etmədi və birgə müzakirəmiz alınmadı.

- Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırki hədəfləri nədir, təşkilatlanma prosesi necə gedir?

- Hazırda fəaliyyət proqramı üzərində işimiz davam edir. Təşkilatlanma bizim üçün çox vacibdir. Azərbaycanın inzibati ərazi vahidlərində strukturlarımızı yaratmaq niyyətindəyik. Digər tərəfdən Azərbaycanın mövcud problemlərinin həlli üçün müzakirələri davam ediririk. Səhiyyə, təhsillislahatlarıı ilə bağlı sənəd üzərində işləyirik. Yaxın zamanda bu sənədləri ictimaiyyətə və hökumətə təqdim edəcəyik. Bir növ mövcud problemlərin öyrənilməsi və onun həlli yolları istiqamətində ADR-in kadrlarını cəlb etmək, müəxəssislərinin iştirakını təmin eməklə Azərbaycanın gələcək dövrü üçün vacib olan proqram və konsepsiya sənədləri üzərində işimizi davam etdiririk.

- ADR yarandığı dövrdən bəri ictimai təşkilat kimi fəaliyyət göstərib. Zaman-zaman hərəkatın siyasi hərəkata çevrilməsi barədə təkliflər səslənib. Siz isə üzvlərin istəyi ilə mümkün ola biləcəyi açıqlamasını verirdiniz. Üzvləriniz sırasında da bu istəkdə olanlar az deyildi. ADR-in siyasi təşkilata çevrilməsi gündəmdədir?

- Hazırda belə təkliflər yoxdur. Yaxın zamanda təkliflər olarsa, müzakirə edərik. Əvvəlki mövqeyimiz olduğu kimi qalır. Bu məsələ ilə bağlı yeniləşmiş fikrə malik deyilik.

- Müsavat başqanı Arif Hacılı ilə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə son günlər münasibətlər gərginləşib. Bu situasiya fonunda Sizin Müsavatın rəhbərliyinə gətirilməyiniz, yeni qurultay keçirilməsi versiyaları irəli sürülür...

- Mən o müzakirələrə cəlb olunmamışam, ola bilsin təklif səviyyəsindədir. Hesab etmirəm ki, bu versiyaların tətbiqi ilə bağlı yeni situasiya yaranıb. Çünki Müsavat getdikcə kiçilir, orada qalan adamlar da Müsavatın hazırki rəhbərliyinə sadəcə olaraq biət edirlər. Daha sağlam mövqedə olan partiya üzvləri isə daha passiv şəkildə Müsavat üzvlüyündə fəaliyyətlərini davam etdirirlər, əslində fəaliyyətsiz qalıblar. İndiki halda bununla bağlı təkliflər səviyyəsindən o tərəfə müzakirələr olmayıb.

- Son yaşananlara münasibətiniz necədir?

- Hər halda getdikcə həqiqətlər daha çox açılır və müzakirələr də onu göstərdi ki, həqiqətən Azərbaycanda bir qrup Müsavat partiyasındakı rəhbərliyi mənimsəyib. Bu proses də nizamnamə pozuntusuna və üzvlərin iradəsinin əksinə olan hallara rəvac verir. Müsavat zəiflədikcə belə müzakirələr daha da güclənəcək. Çünki ən azı bir çoxları hesab edirlər ki, vaxtında mövqe bildirməsələr də, başa düşürlər ki, o dövrdə baş verənlər yanlış olub və seçki prosesində ədalətsizlik və saxtakarlığa yol verilib.

- Təklif olsa, Müsavata qayıdarsınız?

- Rəsmi müraciət olsa, müzakirə edərik. Mən artıq Müsavat başqanlığına keçmiş namizəd statusunu çoxdan itirmişəm, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkaının sədri olaraq fəaliyyət göstərirəm. ADR üzvləri arasında müsavatçıların çoxluq təşkil etdiyini nəzərə alaraq bu məsələdə yekdil fikrin formalaşması üçün kollegial müzakirələrə ehtiyac yarana bilər. O baxımdan indi hər hansı fikir bildirə bilmərəm.

- Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında (MSŞT) İdarə Heyətindəki seçkilərlə bağlı narazılıq mediada geniş ajiotaj doğurdu. Təkilaın üzvlərinin açıq qalan sualları vardı. Narazılarla problemi çözə bilmisiniz?

- Müzakirələr gedir. Kompramislər axtarırıq, hesab edirəm ki, konsensusa daha çox yaxınıq.

- Koalisiyanın siyasiləşdiyi və Milli Şura ilə əlaqələrinizin intensivləşməsi ilə bağlı iradları nə dərəcədə həqiqətə uyğundur?

- Bu iradlar əsassız, heç bir arqumentə söykənməyən iddialar idi. Onu sübut emək üçün bizə yetərincə dəlillər təqdim olunmadı. Yeganə bir məsələ qapalı feysbuk qrupunda yerləşdirilmiş statusla bağlı idi. Bundan başqa bu məsələləri təsdiq edən və bununla balı deyilənləri gücləndirən hansısa arqument görmədik. İstənilən halda koalisiya müstəqilliyini qorumaqda israrlıdır və çalışacağıq ki, bu mərhələdən də koalisiyanı müstəqil və bütöv çıxaraq. Əsas məqsədimiz bundan ibarətdir./Tezis.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.