Ermənistanda qalmaqallı sənəd qəbul edildi: Putin İrəvana gələrsə, həbs olunacaq - RİA Novosti

1-02-2024, 10:36           
Ermənistanda qalmaqallı sənəd qəbul edildi:
Ermənistan fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşulub.

Beləliklə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət oldu.

Ötən il noyabrın 14-də Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiya sənədini təqdim edib və onun 2024-cü il fevralın 1-də qüvvəyə minməsini gözləmək kifayət edib.

O da məlum olub ki, noyabrın 15-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə xəbər verib.
Qeyd edək ki, Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra o, Ermənistana gələrsə, saxlanıla bilər.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru