Ermənilər artıq himnlərini REDAKTƏ ETMƏYƏ BAŞLAYIBLAR... - "Əliyev və Ərdoğanın təklifləri..."

1-02-2024, 12:40           
Ermənilər artıq himnlərini REDAKTƏ ETMƏYƏ BAŞLAYIBLAR... -
Artıq Ermənistanın İctimai Televiziyasında bu ölkənin himni ilə bağlı kadrlarda Türkiyə ərazisində yerləşən və qardaş ölkəyə ərazi iddialarının rəmzi olan “Ararat” adlandırdıqları Ağrı dağının görüntülər yer almır.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistan Milli Konqresi partiyasının sədr müavini Aram Manukyan “Azadlıq” radiosunun erməni bürosuna(“Azatutyun”) müsahibəsində bildirib.

“Əliyev və Ərdoğanın təkliflərini indi Ermənistan İctimai Televiziya Şirkəti həyata keçirir, Ararat dağı artıq dövlət himni ilə bağlı kadrlarda görünmür… Yəni proses gedir, Ararat himnimizin video versiyasından çıxarılıb”, - deyə erməni siyasətçi bildirib.

Aram Manukyanın sözlərinə görə, hakimiyyət Ermənistanın müqəddəsliklərinə və simvollarına qarşı sistemli kampaniyaya başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.