Müstəqillik Bəyannaməsi sülhə maneədir - Paşinyandan şok açıqlama

2-02-2024, 12:08           
Müstəqillik Bəyannaməsi sülhə maneədir - Paşinyandan şok açıqlama
Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur.

Modern.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İctimai radioya müsahibəsində deyib.

“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o bildirib.

Paşinyan yeni konsistensiyanın üçün referendumun keçirilməsini də şərh edib:

"İndi çox danışılır ki, hakimiyyət Konstitusiyaya dəyişiklik edir, hakimiyyət filan edəcək. Hökumət bununla bağlı heç nə edə bilməz. Hökumət yeni Konstitusiyanı qəbul edə bilməz, hökumət onu xalqa təklif edə bilər, xalqla danışa bilər, izahatını verə bilər və bu qərarı ancaq xalq verə bilər".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə isə Türkiyəyə qarşı iddia irəli sürülüb.

Ölkə Konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verərsə, yeni iqtidar Konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb.

Ermənistanda yeni Konstitusiyaya dair müzakirələrin başlanması isə İrəvanın Bakının tələbini nəzərə aldığını göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.