“Konstitusiya “müqəddəs inək” deyil” - Vladimir Vardanyan

2-02-2024, 13:04           
“Konstitusiya “müqəddəs inək” deyil” - Vladimir Vardanyan
Son günlər Ermənistanda ölkə Konstitusiyasının dəyişdirilməsi məsələsi aktiv şəkildə müzakirə olunur. Hakim siyasi qüvvə tərəfindən ortaya atılan bu mövzu rusiyapərəst revanşist müxalifətin kəskin etirazlarına səbəb olub. Həmin siyasi qüvvələr Nikol Paşinyanı Azərbaycanın tələbləri qarşısında geri çəkilməkdə və məhz buna görə Konstitusiyanı dəyişmək fikrinə düşməkdə günahlandırır.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin hakim partiyadan olan nümayəndəsi Vladimir Vardanyan ölkə Konstitusiyasına dəyişməsi mümkün olmayan sənəd kimi baxılmasının əleyhinə olduğunu bildirib: “Biz bu problemi Azərbaycan mediasından daha çox müzakirə edirik. Heç bir Konstitusiya təzyiq altında qəbul edilə bilməz və qəbul edilməməlidir, çünki təzyiq altında qəbul olunarsa, suverenliklə bağlı problemlərimiz olacaq... Həmişə həftədə bir dəfə Konstitusiyaya dəyişiklik etmək cəhdlərinin əleyhinə olmuşam. Ancaq həm də Konstitusiyaya “müqəddəs inək” kimi yanaşmaq cəhdlərinin də əleyhinəyəm”.

Deputat bildirib ki, Konstitusiyaya canlı sənəd kimi yanaşmaq və onu dəyişməkdən qorxmamaq lazımdır: “Mən istəyirəm ki, biz Konstitusiyaya sosial münasibətlərin inkişafı ilə bağlı dəyişdirilməli olan canlı sənəd kimi baxaq. Bu baxımdan Ermənistan müstəqillik əldə etdikdən sonra nəinki Konstitusiya islahatlarını, həm də yeni Konstitusiyanın mətni məsələsini müzakirə edən ilk və sonuncu ölkə deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.