“Avropa Ukraynadan yox, Orbandan bezib” - Donald Tusk

2-02-2024, 15:14           
“Avropa Ukraynadan yox, Orbandan bezib” - Donald Tusk
Xəbər verildiyi kimi, Avropa İttifaqı liderləri yekdil səslə Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləyiblər.

Polşanın Baş naziri Donald Tusk bu qərardan az əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın ünvanına kəskin ifadələr işlədib.

O, həmin qərarın qəbul edildiyi Aİ sammitindəki çıxışında deyib: "Ukraynadan yorğunluq kimi bir problem yoxdur, amma Viktor Orbandan yorğunluq problemi var. Biz bu qədər çoxlu problemləri həll etməliyik və təbii ki, bu gün Ukrayna ətrafında birliyimizi gücləndirməliyik".

Onun sözlərinə görə, Orbanın “çox qəribə və çox eqoist oyununu” anlaya və qəbul edə bilmir.

Polşa hökumətinin başçısı əlavə edib ki, Ukrayna məsələsində güzəştə yer yoxdur: "Macarıstanın cəmiyyətimizin bir hissəsi olub-olmaması Viktor Orbanın öhdəsindədir. Bu, ağ-qara hekayədir. İntuisiyam mənə deyir ki, biz Orbanı nəhayət inandırmaq üçün bəzi güclü arqumentlər tapacağıq".

Polşanın Baş naziri bildirib ki, Avropa liderləri ortamüddətli perspektivdə Macarıstana hansı nəticələrlə qarşılaşa biləcəyini aydın şəkildə çatdırmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru