Ukrayna Rusiyadan bunu istədi

2-02-2024, 11:57           
Ukrayna Rusiyadan bunu istədi
Ukrayna Rusiyadan Belqorodda Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı hərbi əsirlərin cəsədlərinin təhvil verilməsini istəyib.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, Moskva hələ də Kiyevin müraciətlərinə cavab verməyib.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün göndərilən 65 əsgəri, 3 müşayiətçi və 6 ekipaj üzvü olub. Onların hamısı hadisə nəticəsində həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru