Rusiyalı deputat Paşinyana dərs keçdi: Bunlar sadəcə söz yığınıdır

2-02-2024, 18:10           
Rusiyalı deputat Paşinyana dərs keçdi: Bunlar sadəcə söz yığınıdır
Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq etdi. Görünür, onlar hesab edirlər ki, bu müdafiə, bu kompromis, status-kvo – artıq bütün bunlar onlara lazım deyil. Guya indi hamı silahlıdır və heç kim heç kimə hücum etməyəcək.

Bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova deyib.

O, Nikol Paşinyanın KTMT-nin ən həlledici anda Ermənistanın təhlükəsizliyini təmin etməkdən imtina etməsi barədə sözlərini şərh edib:

“Bu o deməkdir ki, Ermənistan artıq heç bir şeyin onu təhdid etmədiyinə inanır və indi hər şeyin öhdəsindən özü gələ bilər. Yaxud da kimsə ona nəsə vəd edib”.

Jurovanın sözlərinə görə, bunlar sadəcə söz yığınıdır, çünki siyasətçilər indi ictimaiyyətdə nə istəsən deyirlər.

“Yəqin ki, sanksiyalar və bu çətin vəziyyətdə Ermənistan da Qərbə oxşar bəyanatlar verir. Bütün bunlar bitən kimi Ermənistan hərbi əməkdaşlıq üçün bizə müraciət edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru