ABŞ vətəndaşlarına Azərbaycanla sərhədə səfər etməməyə çağırış etdi

2-02-2024, 19:26           
ABŞ vətəndaşlarına Azərbaycanla sərhədə səfər etməməyə çağırış etdi
ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq edilib.

Səfirliyin bu gün yaydığı xəbərdarlıqda diplomatik korpusun əməkdaşları və ailə üzvlərinə Basarkeçər, Gorus, Qafan və Arazdəyənə səfər etməməyə çağırış var.

ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən bu ərazilərə getməmək tövsiyə olunur.

Mənbə: yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru