Qərbdən olan 800-dən çox məmur açıq məktub yaydı - ABŞ və Aİ sərt tənqid edildi

2-02-2024, 19:43           
Qərbdən olan 800-dən çox məmur açıq məktub yaydı -
ABŞ, Böyük Britaniya və Avropa İttifaqından olan 800-dən çox məmur İsrailin Qəzza zolağındakı hərəkətlərinə dəstək verdikləri üçün öz hökumətlərinin yürütdüyü siyasətləri tənqid edən açıq məktub imzalayıblar.
Bakupost.az xəbər verir ki, bu barədə sənədin surətini əldə edən “The New York Times” yazıb.
“Hökumətlərimizin hazırkı siyasəti onların nüfuzunu zəiflədir və bütün dünyada azadlığı, ədaləti və insan hüquqlarını müdafiə etmək imkanlarını sarsıdır”, - məktubda deyilir.
Qeyd olunur ki, bu siyasi kursun beynəlxalq hüququn kobud şəkildə pozulmasına, müharibə cinayətlərinə və hətta etnik təmizləmə və ya soyqırıma töhfə verməsi riski var.
Qəzet bildirir ki, məktub Yaxın Şərqdəki vəziyyətlə bağlı “Atlantik okeanının hər iki sahilindəki ölkə rəsmilərinin öz hökumətlərini açıq şəkildə tənqid etməsinə dair ilk hadisədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru