Zelenski Zalujnının bu təklifini rədd etdi

3-02-2024, 11:08           
Zelenski Zalujnının bu təklifini rədd etdi
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenskiyə əlavə səfərbərlik həyata keçirməyi təklif edib.

Ukrayna lideri bununla razılaşmayıb.

Bu barədə “The Washington Post” yüksək rütbəli ukraynalı məmura istinadla məlumat yayıb. Onun sözlərinə görə, Zalujnı səfərbərlik təklifində “500 minə yaxın say səsləndirib”.

Zelenski Silahlı Qüvvələrin Baş komandanının bu ideyası ilə razılaşmayıb. Prezidentin fikrincə, ölkədə vergiləri əhəmiyyətli dərəcədə artırmadan səfərbərlik xərclərini ödəmək mümkünsüzdür. Ukrayna lideri, həmçinin “aqressiv səfərbərlik” səbəbindən əhali arasında populyarlığının mümkün azalmasından ehtiyatlanır.

“The Washington Post” nəşri onu da qeyd edib ki, gələcək səfərbərliyin miqyası məsələsi Zelenski ilə Zalujnı arasında əsas fikir ayrılığına çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru