HƏMAS-ın son qalasına da çatacağıq - Qallant

6-02-2024, 10:29           
HƏMAS-ın son qalasına da çatacağıq - Qallant
İsrail ordusu Misirlə sərhəddə yerləşən Rəfah şəhərində HƏMAS hərəkatının silahlı birləşmələrini məhv etmək niyyətindədir.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant mətbuat konfransında bildirib.

"Biz hələ döyüşmədiyimiz yerlərə də çatacağıq - Qəzza zolağının mərkəzinə və cənubuna, xüsusən də Rəfahda HƏMAS-ın son qalasına..." - nazir vurğulayıb.

Qallant qeyd edib ki, Fələstin silahlı qruplaşmaları üzvlərinin iki seçimi var - təslim olmaq, ya da ölmək.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru