Azərbaycana üz tutan “ərəb turistlərin” müdhiş sirri – ŞOK İDDİA

8-08-2016, 18:15           
Azərbaycana üz tutan “ərəb turistlərin” müdhiş sirri – ŞOK İDDİA
Bakıya turist adıyla gələn iraqlılar dövlət tərəfinən inşa edilmiş evlərə yerləşdirilir.
Bakıya İraqdan gələn turistlərin bir qismi ölkədə daimi qalmaq üçün Bakı, Qəbələ, Lerik, Xaçmaz və Qubada əmlak alırlar.
24saat.org-un əldə etdiyi məlumata görə, onlar hətta Xaçmazın Palıdlı (Xraxoba) və Üryanoba, Lerikin Kirəvud, Vizəzəmin kəndlərində “Heydər Əliyev fondu” tərəfindən inşa edilmiş evlərə yerləşdirilir. Qəbələ və Bakıda isə yeni tikilən əmlaklar sürətlə alınır.
Məlumat üçün bildirək ki, Azərbaycana üz tutan “ərəb turist”lərin əksəriyyətinin Kürd mənşəli olduğu iddia olunur.
Azərbaycana İraq turistlərinin axını Türkiyədə baş verən ölkədaxili gərginliklər və çətinləşdirilən viza prosedurlarından sonra başlamışdı. Türkiyədə cari ilin aprel ayından turist sayında son 17 ilin ən pis göstəricisinin qeydə alınmasıyla yanaşı İraqdan Türkiyəyə gələn turistlərin sayında 80% geriləmə müşahidə olunub. İraqlı turistlər alternativ olaraq Azərbaycanı seçiblər.
Azərbaycana olan turist axını əhali arasında da maraq doğurmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru