Azərbaycana niyə sanksiya tətbiq edilmir? – Təxribatçı suala Almaniyadan cavab

27-02-2024, 18:40           
Azərbaycana niyə sanksiya tətbiq edilmir? – Təxribatçı suala Almaniyadan cavab
Almaniya Azərbaycan-Ermənistan sülh prosesində ədalətli tərəfdaş kimi çıxış etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Almaniya Bundestaqının Hüquq Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekker deyib.

Alman parlamentari erməni jurnalistin təxribatçı “Niyə Avropa Birliyi Azərbaycana sanksiya tətbiq etmir” sualına belə cavab verib:

“Düşünürəm ki, sülh prosesinin bu mərhələsində biz mümkün qədər ədalətli tərəfdaş və dəstək verən tərəf kimi çıxış etməyi bacarmalıyıq. Zənn edirəm ki, bu funksiya ilə sülh prosesinin yekunlaşmasına töhfə verə bilməyimiz Ermənistanın maraqlarına uyğundur”.

Bekker əlavə edib ki, sanksiyalardan istifadə sülh prosesinin effektli irəliləyişinə mane ola bilər:

“Sanksiyalardan istifadə uğurlu üsul deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru