ABŞ Rusiyada repressiyaların artmasını qətiyyətlə pisləyir

29-02-2024, 00:12           
ABŞ Rusiyada repressiyaların artmasını qətiyyətlə pisləyir
ABŞ Rusiyada müxalifətçilərə qarşı repressiyaların artmasını qətiyyətlə pisləyir və 680-dən çox siyasi məhbusu dərhal azad etməyə çağırır, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz Rusiya hökumətinin fərqli düşüncəni boğmaqda davam etdiyini müşahidə edirik”, deyə brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller məşhur hüquq müdafiəçisi və “Memorial” təşkilatının həmsədri, 2022-ci il Nobel mükafatı laureatı Oleq Orlov barəsində hökmü nəzərdə tutaraq bildirib.

O, həmçinin xatırladıb ki, bu hökm rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin doqquzuncu ildönümünə təsadüf edib.

“Aleksey Navalnı kimi, Nemtsov da islahat və məsuliyyətin Putin tərəfindən təqib olunan yüksək səsi idi. Rusiya baş nazirinin keçmiş müavini Nemtsov Kremlin divarları önündə güllələnənə qədər ömrünü öz həmvətənlərinin həyatının yaxşılaşdırılmasına həsr edib”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Nemtsovun vətəndaş mövqeyi Rusiyada və onun hüdudlarından kənarda digər demokratik siyasətçilərə və hüquq müdafiəçilərinə ilham verir. Nemtsovun havadarı və cəsur lider Vladimir Kara-Murza Rusiyanın azad gələcəyinin təbliğinə görə həbsxanada məhv olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru