Rusiya Ermənistanla silah tədarükü üzrə çalışır və öz öhdəliklərini yerinə yetirir.
Axar.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Serj Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistanın silah təminatı ilə bağlı onu deyə bilərəm ki, bizim Ermənistanla bu barədə təsdiqlənmiş proqram mövcuddur.
Bundan başqa, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür və bizim müttəfiqimizdir. İki ölkə olaraq, bizim bir-birimizin qarşısında öhdəliklərimiz var. Rusiya hər zaman öz öhdəliklərini yerinə yetirib” – deyə prezident əlavə edib.