Vəkili Natiq Cəfərlinin həbsindən danışdı:"4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir"

13-08-2016, 08:36           
Vəkili Natiq Cəfərlinin həbsindən danışdı:"4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir"
Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir.
teref.az-nun Azadlig.org-a istinadən məlumatına görə, bunu Natiq Cəfərlinin vəkili Cavad Cavadlı deyib. O, sonra bunları bildirib: “Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir”.
Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.
Qeyd edək ki, bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
Azadlig.org xəbər verir ki, REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru