Araz Əlizadədən Ərdoğana sərt mesaj: “Sənə kim icazə verib ki…”

14-08-2016, 08:15           
Araz Əlizadədən Ərdoğana sərt mesaj: “Sənə kim icazə verib ki…”
Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə, Azərbaycan və Rusiyadan ibarətə üçtərəfli formatın yaradıldığını bildirib.
Maraqlısı ondadır ki, bu format daxilində təcavüzkar tərəf olan Ermənistan yer almayıb.
Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi üçtərəfli format məsələsinə millət vəkili Araz Əlizadə ölkə.az-a verdiyi açıqlamasında münasibət bildirib:
“İlham Əliyevdən soruşmamış Ərdoğan Putinlə Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Ərdoğana kim icazə verib ki, Azərbaycanın adından nə isə danışsın?
Putin bütün məsələləri prezident İlham Əliyevlə müzakirə edir. Putinlə Ərdoğanın görüşü zamanı Putin Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar barədə Ərdoğanla müəyyən fikir mübadiləsi aparıb. Ərdoğan həmişə çalışır ki, öz fiqurunu göstərsin. Dağlıq Qarabağ münaqişəsi barədə gedən danışıqlarda da Ərdoğan göstərməyə çalışır ki, onun da bu işdə hansısa bir rolu var.
Suriya məsələsində də belə idi. NATO-dan, ABŞ-dan çox canfəşanlığı Ərdoğan edirdi. Nəticədə o oldu ki, Ərdoğan Putinlə yaxınlaşmağa başladı. O, Putinlə ki, Bəşər Əsədi müdafiə edir. Rusiya hərbi təyyarəsi vurulanda “düz etmişik”, deyirdi, ancaq Rusiyadan gedib üzr istədi. Bunlar hamısı göstərir ki, Ərdoğan qeyri-ciddi siyasətcidir.
Ərdoğanın dediyi, üçtərəfli formata gəldikdə isə, orada Ermənistanın adı çəkilmir. Bu isə doğrudur. Ermənistan çoxdan müstəqilliyini itirib. Rusiya tamamilə Cənubi Qafqazdan çıxmasın deyə strateji müttəfiq kimi erməniləri öz əlində saxlayır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.