Musavatdan daha bir istefa

15-08-2016, 22:38           
Musavatdan daha bir istefa
Müsavatın Yasamal rayon təşkilatının sədr müavini Mahir İsmayılov partiya sıralarından istefa verib.
"Report"un xəbərinə görə, o, istefasını Müsavat Partiyasının hazırki başqanı Arif Hacılının yürütdüyü siyasətlə əlaqələndirib: "Müsavat Partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, partiyanın bütün tapşırıqlarını yerinə yetirmişəm. Partiyanın yeni seçilmiş başqanı Arif Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları - Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada Məmmədlini, Adil Qeybullanı bu kimi şəxsləri partiyadan uzaqlaşdıraraq dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidlərimi alt-üst etdi. Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verirəm. Bundan sonrakı siyasətimi isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında davam etdirəcəyəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.