Paşinyan öz tərəfdarlarının radikal müxalifətə qarşı müqavimət gücünü müəyyənləşdirməyə çalışır

3-04-2024, 00:16           
Paşinyan öz tərəfdarlarının radikal müxalifətə qarşı müqavimət gücünü müəyyənləşdirməyə çalışır
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana 4 kəndi Azərbaycana qaytarmağa mane olmağa çalışır. Parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə təcili iclas çağırması təşəbbüsü bununla bağlıdır. Sessiyada baş nazirin müavini Mqer Qriqoryanla xarici işlər naziri Ararat Mirzoyanı da dəvət ediləcəklər. Müxalifət dinləmələr vasitəsilə hökumət üzvlərinə təzyiqi artırır. Müxalifət kəndlərin qaytarılması mövzusunu parlamentin gündəminə həm də ona görə gətirməyə çalışır ki, bu yolla hökumət içərisində fikir ayrılığı dərinləşsin.
Bu arada, Nikol Paşinyanın Brüsselə yollanmadan əvvəl Təhlükəsizlik Şurasının iclasını keçirməsi diqqəti çəkib. İclasda Təhlükəsizlik Şurasının 2023-cü ilə dair hesabatı müzakirə edilsə də, Paşinyan öz tərəfdarlarının radikal müxalifətə qarşı müqavimət gücünü müəyyənləşdirməyə çalışır.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru