"Alfa” qrupunun sabiq komandiri Mixail Qolovatov:"Ehtiyyatda olanlardan ibarət sovet ordusu Bakıya daxil olan kimi dinc əhalini və yaşayış evlərini atəşə tutmağa başlamışdı”.

17-08-2016, 18:34           
"Alfa” qrupunun sabiq komandiri Mixail Qolovatov:"Ehtiyyatda olanlardan ibarət sovet ordusu Bakıya daxil olan kimi dinc əhalini və yaşayış evlərini atəşə tutmağa başlamışdı”.
KQB-nin “Alfa” qrupunun sabiq komandiri Mixail Qolovatov da Bakıda baş verən qırğınlarla bağlı vacib məqama toxunub. O bildirib ki, 90-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun əmri ilə Bakıya daxil olan sovet qoşunlarının tərkibində ehtiyatda olan hərbçilər olub:

“Həmin hərbçilər əvvəlcədən hazırlıqlı olublar. Qorbaçov tərəfindən Bakıya göndərilən ordu bilərəkdən ehtiyyatda olanlardan seçilmişdi. Onlar Bakıya daxil olan kimi atəş açmağa başlayıblar. Ona görə də Bakıda 138 nəfər dinc sakin həlak olmuşdu. Deyirlər ki, guya orduya dinc sakinlər tərəfindən ilk olaraq atəş açılıb, onlar da əks-cavab vermək məcburiyyətində qalıblar. Xeyr. Əslində bu, belə olmayıb. Ehtiyyatda olanlardan ibarət sovet ordusu Bakıya daxil olan kimi dinc əhalini və yaşayış evlərini atəşə tutmağa başlamışdı”.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru