DTX iki müxalifətçini həbs etdi

19-08-2016, 10:19           
DTX iki müxalifətçini həbs etdi
Avqustun 18-də AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Suraxanı şöbəsinin fəalı Qədim Bəkirov saxlanılıblar. Onların nədə ittiham olunduqları məlum deyil.

Bu barədə Turan AXCP-yə istinadən məlumat yayıb.

F.Əhmədlini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evinə baxış keçirilərkən bir sıra kitablar götürülüb.

Fuad Əhmədli barəsində 48 saat saxlanma qərarı çıxarılıb. Bu barədə onun atasına dövlət tərəfindən ayrılan vəkil məlumat verib.

Qədim Bəkirov isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla bağlı məsələyə bu gün Suraxanı Rayon Məhkəməsində baxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru