Fransa və Hindistanın İranla hərbi-texniki əməkdaşlığı çətinləşəcək.

15-04-2024, 09:24           
Fransa və Hindistanın İranla hərbi-texniki əməkdaşlığı çətinləşəcək.
Qərb ölkələri ard-arda İranın İsrailə raket zərbələrini pisləyən açıqlamalar veriblər. Fransanın xarici işlər naziri Stefan Sejurne də İranın İsrailə hücumunu pisləyib.
“Belə bir görünməmiş addım atmağa qərar verməklə, İran hərbi eskalasiya riskini artırır" – deyən fransalı baş diplomat ölkəsinin İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib. Paris İsrailə dəstək açıqlaması fonunda Ermənistan mövzusunda Tehranla əməkdaşlığını yenədəmi davam etdirəcək?
Hindistan da diqqətli olmalıdır. Bu ölkə Ermənistana göndərdiyi hərbi texnikanı İran üzərindən daşıyır.
Buna rəğmən, Paris kimi Dehlinin də İsraillə sıx tərəfdaşlıq münasibətləri var.
Mövzu Ermənistan olsa belə İsrail-İran gərginliyi fonunda Fransa və Hindistanın İranla hərbi-texniki əməkdaşlığı çətinləşəcək.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru