Zelenski: İranın hərəkətləri Rusiyanın hərəkətləri kimi dünyanı təhdid edir

15-04-2024, 11:54           
Zelenski: İranın hərəkətləri Rusiyanın hərəkətləri kimi dünyanı təhdid edir
Ukrayna prezidenti Volodimir Zelenski bazar günü İranın İsrailə hücumunu pisləyib və Yaxın Şərq münaqişəsinin daha da genişlənməsinin qarşısını almaq üçün səy göstərməyə çağırıb.

“Rusiyanın hərəkətləri daha böyük bir münaqişə ilə təhdid etdiyi kimi, İranın hərəkətləri də bütün regionu və dünyanı təhdid edir və terrorizmin yayılmasında iki rejim arasında açıq-aydın əməkdaşlıq dünya tərəfindən qəti və birgə reaksiya ilə qarşılanmalıdır”, Ukrayna prezidenti X sosial media platformasında bildirib.
İran Rusiyanı Ukraynaya hücumlar, o cümlədən infrastrukturu dağıtmaq üçün istifadə etdiyi minlərlə “Şahed” dronu ilə təmin edib.

“Dünya müzakirələrin davam etməsini gözləyə bilməz. Sözlər dronları dayandırmır və ya raketləri ələ keçirmir. Yalnız konkret yardım” - deyə Zelenski bildirib.

Zelenski bir daha ABŞ Konqresini Ukrayna və İsrailə yeni hərbi yardımı nəzərdə tutan qanun layihəsini qəbul etməyə çağırıb.

“Birləşmiş Ştatlar Konqresinin bu kritik zamanda Amerikanın müttəfiqlərini gücləndirmək üçün lazımi qərarlar qəbul etməsi çox vacibdir”, Zelenski bildirib.

Beynəlxalq ictimiayyət İranın İsrailə qarşı hava hücumlarını kəskin qınayıb.

ABŞ prezidenti Co Bayden şənbə günü verdiyi bəyanatda İranın İsrailə qarşı kütləvi hava bombardmanını pisləyib. Bəyanatda ABŞ-ın regiondakı hərbi imkanları vasitəsilə Yaxın Şərqdə altı aydır davam edən münaqişənin genişlənməsi təhlükəsini artıraraq, İsraili hədəf alan “demək olar ki, bütün yaxınlaşan dronlar və raketlərin” məhv edilməsinə kömək edildiyi bildirilib.

Prezident Bayden İranın hücumuna diplomatik cavabın koordinasiya edilməsi məqsədilə Böyük Yeddilər (G7) liderlərini bir araya gətirəcəyini bildirib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.