İran İsrailə hücum etməzdən 72 saat əvvəl ABŞ-a nə deyib?

15-04-2024, 13:09           
İran İsrailə hücum etməzdən 72 saat əvvəl ABŞ-a nə deyib?
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bazar günü bildirib ki, Tehran hücumdan 72 saat əvvəl Vaşinqtonu və qonşu ölkələri İsrailə qarşı gözlənilən hücum barədə məlumatlandırıb və İranın İsrailə hücumlarının məhdud xarakter daşıyacağını və özünümüdafiə məqsədilə həyata keçiriləcəyini bildirib.

İranlı nazir İsrailin müttəfiqlərini İranın beynəlxalq ictimaiyyəti Dəməşq konsulluğuna hücumu pisləməyə çağırmaq üçün diplomatik cəhdinə mane olmaqda ittiham edib və qeyd edib ki, “beynəlxalq ictimaiyyət İranı təmkinli olmağa və İsrailin cinayətlərinə göz yummağa çağırır”.

Abdullahiyanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Dəməşq konsulluğuna hücumu pisləyən bəyanat yaymaq istəməməsi İsrailin baş naziri Benyamin Netanyahunu qanunları pozmağa sövq edib.

O, İranın İsrailə qarşı hərbi əməliyyatlarının məhdud olduğunu, çünki İran qüvvələrinin iqtisadi və mülki hədəflərə zərbə endirmədiyini, Tehranın isə hərbi cavabında dəqiq olduğunu və bunun “töhmət və xəbərdarlıq” olduğunu bildirib.//Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru