Almaniya SSRİ ərazisində nasist cinayətləri ilə bağlı Rusiyanın notasına cavab verəcək

20-04-2024, 10:34           
Almaniya SSRİ ərazisində nasist cinayətləri ilə bağlı Rusiyanın notasına cavab verəcək
Almaniya İkinci Dünya müharibəsi zamanı nasistlərin SSRİ ərazisində törətdiyi cinayətlərin soyqırım aktı kimi tanınması tələbini əks etdirən Rusiya Federasiyasının notasına cavab verəcək.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

“Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasından xəbərdardır və ona cavab verəcək”, - nazirlik qeyd edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Berlin Rusiya tərəfinin İkinci Dünya müharibəsi illərində Üçüncü Reyxin Sovet İttifaqı ərazisində törətdiyi cinayətlərin soyqırım aktları kimi rəsmən tanınması tələbi ilə göndərdiyi notaya hələ də cavab verməyib. Bundan əlavə, Zaxarovanın vurğulayıb ki, Moskva Almaniya hökumətindən Leninqrad mühasirəsindən sağ çıxan qeyri-yəhudi vətəndaşlarına, Berlinin “uzun illərdir inadla kənara atdığı” humanitar ödənişlər istəyəcək.
Mənbə:TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.