Fətullah Güləni yönləndirən "amerikalı abi" kimdir? - Dünyaca məhur vəkil Robert Amsterdamdan şok açıqlamalar
21-08-2016, 08:57
Mərkəzi ofisi Londonda yerləşən məşhur "Amsterdam & Partners" hüquq firması vəkillərindən olan Robert Amsterdam Türkiyənin terrorçu hesab etdiyi Fətullah Güləni yönəldən bir "amerikalı böyük qardaş"ın olduğu düşüncəsindədir.
Avropa.info xəbər verir ki, Anadolu agentliyinə müsahibə verən vəkil Amsterdam 15 iyul çevriliş cəhdini terror fəaliyyəti kimi səciyyələndirib.
"Türk xalqının Gülən işinin presedenti olmayan bir iş olduğunu anlaması çox vacibdir. Qərblilərin Gülən təşkilatının bir cinayətkar təşkilatı olduğunu və terror yaydığını dərk etməsi zaman alacaq. ABŞ-ın məlumatı olmadan birinin dövlət, yerli və federal siyasətə nüfuz etməsi inanılmaz dərəcədə mürəkkəb və anlaşılmazdır . Açığı, bunu heç inandırıcı da saymıram. Güləni istiqamətləndirən bir "amerikalı abi" olduğunu hesab edirəm, əks təqdirdə bütün bunlar heç bir məna ifadə etmir".
Amsterdam, Gülənin ABŞ-da təhsil sisteminə yaxşıca yerləşdiyini və apardığı fəaliyyətə diqqət yetrilmədiyini bildirib.
"Digər məktəblər də Gülən üçün lobbi formalaşdırmağa yardımçı oldular, yəni tək deyil. ABŞ-ın müxtəlif bölgələrində, 500 milyon dollar gəliri olan Gülən məktəblərində 6 min tələbə var. Bu məktəblər dövlətdən aldığı pulların bir qismini Gülən təşkilatına ötürür. Bu sadəcə görünən tərəfdir."
Gülənin ABŞ-dan kömək aldığına şübhəsi olmayan Amsterdam, İndiana ştatından 400-dən artıq amerikalı hökumət işçisinin Türkiyəyə Fətullah Gülən tərəfindən təşkil olunan səyahətlərlə getməsini xatırladaraq bunun şokedici olduğunu deyib.
Vaşinqtonun çevriliş cəhdini pisləməkdə gecikməsini "böyük bir səhv" olaraq görən Amsterdam Barak Obamanın çevriliş cəhdinə dəstəməsinə inanmadığını bildirib. Onun fikirincə, sadəcə ABŞ-ın Yaxın Şərq siyasəti problemlidir
"Türk vətəndaşları bu davranışın Amerikanın baxış prizmasından deyil, mürəkkəb problemləri olan Obama hakimiyyətindən qaynaqlandığını başa düşməlidir. ABŞ əslində amerika xalqının qarşı-qarşıya olduğu təhlükəni ortaya çıxardığı üçün Türkiyəyə borcludur. ABŞ cəmiyyəti Gülən kimi saxtakarların kimliyi haqqında marifləndirilməlidir" deyə məşhur vəkil qeyd edib.