"İran nüvə silahı istehsalını başa çatdırır" - Avropalı ekspertlər

22-04-2024, 07:44           
"İran nüvə silahı istehsalını başa çatdırır" - Avropalı ekspertlər
“İran yaxın həftələrdə nüvə silahının hazırlanmasını başa çatdıra bilər”.

Bu barədə Almaniyanın “Bild” nəşri avropalı ekspertlərə istinadən yazır.

Bonn Universitetinin Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzinin (CASSIS) rəhbəri Ulrix Şlinin sözlərinə görə, Tehran bu tip silahların yaradılması ehtimalına yaxınlaşıb.

“Biz burada bir neçə həftəlik müddətdən danışırıq”, – nəşr ondan sitat gətirib.

Eyni zamanda, Şlinin fikrincə, İrana hücum üçün nüvə silahı lazım deyil, o, daha çox öz təhlükəsizliyini təmin etmək istəyir.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan iranlı ekspert Sima Şine hesab edir ki, bir həftə ərzində Tehran atom bombası istehsal etmək üçün kifayət qədər urana malik olacaq. O hesab edir ki, bu barədə xəbərlər regionda silahlanma yarışına səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.